Rusiya Qərb ölkələrinə qarşı sanksiyaları genişləndirdi

Rusiya Qərb ölkələrinə qarşı sanksiyaları genişləndirdi
  27 Oktyabr 2017    Oxunub:3423
Rusiya Qərb ölkələrinə qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib. Belə ki, Avropa İttifaqına üzv ölkələr, ABŞ, Kanada və digər ölkələrdən canlı donuz əti, ət məhsulları idxalı qadağan edilib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qida embarqosunun genişləndirilmiş siyahı ABŞ, Aİ, Kanada, Avstraliya, Norveç, Ukrayna, Albaniya, Monteneqro, İslandiya və Lixtenşteynə qarşı 31 dekabr 2018-ci ilə qədər qüvvədə olacaq.

Hökumətin qərarında göstərilib ki, yeni məhdudiyyətlərin tətbiqi Rusiyada daxili tələbata təsir etməyəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Qərb   Sanksiya  





Xəbər lenti