Erməni milyarder Lukaşenkonun oğluna şir hədiyyə edib

Erməni milyarder Lukaşenkonun oğluna şir hədiyyə edib
  27 Oktyabr 2017    Oxunub:10414
Minsk zooparkında Nik və Nika adlı iki ağ şir yaşayır.
AzVision.az hetq.am-a istinadən xəbər verir ki, bu nadir heyvanları Ermənistan parlamentinin deputatı, milyarder Qaqik Çarukyan Belarus prezidenti Aleksandr Lukaşenkonun oğlu Kolyaya hədiyyə edib.

Nəşr yazır ki, ümumilikdə Ermənistandan Belarusa dörd şir göndərilib. Təxminən bir il əvvəl onlardan ikisi Belarus prezidentinin ailəsi tərəfindən Minsk zooparkına hədiyyə edilib. Digər iki şirin harada olması barədə məlumat yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   Belarus   Lukaşenko  





Xəbər lenti