Kataloniyanın muxtar vilayət statusu ləğv edildi

Kataloniyanın muxtar vilayət statusu ləğv edildi
  27 Oktyabr 2017    Oxunub:1755
İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv edib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Senatın bu gün keçirilən iclasında qərar qəbul olunub.
Parlamentin Yuxarı Palatası İspaniya konstitusiyasının regionların muxtariyyətinin ləğv olunmasını nəzərdə tutan 155-ci maddəsinin tətbiq olunmasını təklif edib. Bu, Kataloniyanın muxtariyyətinin müvəqqəti ləğvi və bölgənin mərkəzi hökumətin birbaşa idarəçiliyinə keçməsi deməkdir.

Bununlada Kataloniya Muxtar Vilayətinin bütün səlahiyyətləri İspaniya mərkəzi hökumətinə verilib.

Qeyd edək ki, bir müddət əvvəl Kataloniya muxtariyyətinin parlamenti bölgənin müstəqilliyinə səs vermişdi.

AzVision.az


Teqlər: İspaniya   Kataloniya  





Xəbər lenti