Sabiq prezidentin qətli ilə bağlı 100 minlik mükafat

Sabiq prezidentin qətli ilə bağlı 100 minlik mükafat
  27 Oktyabr 2017    Oxunub:2149
"WikiLeaks" təşkilatı ABŞ-ın mərhum prezidenti Con Kennedinin qətlinə dair ABŞ hökumətinin dərc etməyəcəyi məxfi sənədləri təqdim edən şəxsə 100 min dollar mükafat verəcək.
TASS-ın yaydığı məlumata görə, mükafat materiallar qanun pozuntusunu, yarıtmaz fəaliyyəti və ya ABŞ hökumətinin səhvlərini üzə çıxaracağı təqdirdə veriləcək. Bu barədə təşkilatın rəsmi “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Qeyd edək ki, ABŞ-ın 1963-cü ildə qətlə yetirilən sabiq prezidenti Con Kennedinin ölümünə dair 2891 məxfi sənəd dərc edilib. Daha bir neçə min sənədin 2018-ci ilin aprel ayının sonuna qədər dərc ediləcəyi gözlənilir.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, cəmiyyət Kennedinin qətli bağlı daha dolğun məlumatlandırılmalıdır. Tramp eyni zamanda vurğulayıb ki, milli təhlükəsizliyin təmin edilməsi baxımından sənədlərin bir hissəsi redaktə olunub.




Teqlər: ABŞ   Con-Kennedi  





Xəbər lenti