Avropa İttifaqı Kataloniyanın müstəqilliyini tanımayacaq

Avropa İttifaqı Kataloniyanın müstəqilliyini tanımayacaq
  28 Oktyabr 2017    Oxunub:1778
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk İspaniya Senatı tərəfindən Kataloniyanın muxtar vilayət statusunun ləğv edilməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Tusk sosial şəbəkədəki hesabında Kataloniyanın müstəqillik elan etməsinin Avropa İttifaqı üçün heç nəyi dəyişdirməyəcəyini bəyan edib.

D,Tuskun sözlərinə görə, Avropa İttifaqı İspaniyanın mərkəzi hökuməti ilə əlaqələri davam etdirəcək.

“İspaniya bizim tərəfdaşımız olaraq qalacaq” - deyə Tusk qeyd edib.

Qeyd edək ki, İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv edib. Bu barədə Senatın bu gün keçirilən iclasında qərar qəbul olunub.

AzVision.az


Teqlər:   İspaniya   Kataloniya  





Xəbər lenti