Araz Əlizadə debata gələnlərlə məzələnib
Belə ki, partiya sədri çıxışında:` Bread siv kebels` qəzeti yazır ki, Milli Şurada bir nəfər də düşüncəli adam yoxdur` ifadəsini işlədib.
AzVision.az çıxışı yazılı formada hazırlayarkən dünayada belə bir mətbu orqanın olmadığını müəyyən edib və qəzetin adını dəqiqləşdirmək üçün Araz Əlizadə ilə əlaqə saxlayıb. Prezidentliyə namizəd isə bildirib ki, doğurdan da dünyada o adda qəzet yoxdur və debatda iştirak edən digər namizədlərin savadını yoxlayamaq istəyib.
` Prezidentliyə namizədlərin əksəriyyəti deyir ki, bəs ingilis dilini yaxşı bilirlər. Mən də rus dilindən olan "бред сивой кобылы"- (`başına at təpmiş madyanın sayıqlamaları` ifadəsini ingilis dilinə uyğunlaşdırıb işlətdim. Dedim görüm, onlardan hansısa biləcəkmi ki, ingilis dilində belə bir ifadə yoxdur. Çünki hamısı deyir ki, ingilis dilini çox yaxşı bilirlər`- deyə, A. Əlizadə əlavə edib.
Şahanə RƏHİMLİ