Almaniya və Fransa Kataloniyanın müstəqilliyini tanımır

Almaniya və Fransa Kataloniyanın müstəqilliyini tanımır
  28 Oktyabr 2017    Oxunub:1486
Almaniya Kataloniyanın birtərəfli şəkildə elan etdiyi müstəqilliyini tanımır.
Bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert "Twitter" səhifəsində yazıb.

“Birtərəfli şəkildə elan edilən müstəqillik beynəlxalq prinsiplərə ziddir. Federal hökumət bu cür müstəqilliyi qəbul etmir”, - Zaybert bildirib.

Fransa hakimiyyəti də Kataloniyanın müstəqilliyi haqqında qətnaməni tanımır və dialoqu ancaq rəsmi Madridlə aparmaq niyyətindədir.

"RİA Novosti"-nin yaydığı məlumata görə, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

“Mən Kataloniyada baş verənləri narahatlıqla izləyirəm. Fransa İspaniyanı vahid və güclü görmək istəyir. Bizim bircə həmsöhbətimiz var – İspaniya hökuməti”, - nazir bildirib.

AzVision.az


Teqlər: Almaniya   Fransa   Kataloniya  





Xəbər lenti