Ermənistanda 5560 dövlət işçisi ixtisar olunacaq

Ermənistanda 5560 dövlət işçisi ixtisar olunacaq
  28 Oktyabr 2017    Oxunub:1608
Ermənistan höküməti 2018-ci ildə dövlət sistemindən 5560 işçi və ya iş yerini ixtisara salmağı nəzərdə tutur.
AzVision.az “Jamanak”-a istinadən xəbər verir ki, bu, ümumi işləyənlərin 4 %-ni təşkil edir.

Qeyd edilb ki, 2017-ci ildə dövlət strukturlarında işləyənlərin sayı 144 min 113 nəfər olub. 2018-ci ildə isə onların sayı 138 min 549 nəfər olacaq. İxtisarlar nəticəsində hökümət 3 milyard dram vəsaitə qənaət etmiş olacaq.

Bildirlib ki, göstərilən rəqəmlər 2018-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb. Layihəyə əsasən ixtisarlar dövlət strukturunun bütün sahələrini əhatə edəcək. İş yerləri baxımından ən böyük ixtisarların təhsil sahəsində aparılacağı gözlənilir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti