Türkiyə Kataloniyanın müstəqilliyinə qarşıdır

Türkiyə Kataloniyanın müstəqilliyinə qarşıdır
  28 Oktyabr 2017    Oxunub:1627
“İspaniyanın ərazi bütövlüyünə, konstitusiyasına və ispan xalqının iradəsinə hörmətlə yanaşırıq”.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin Kataloniyanın müstəqillik elan etməsi ilə bağlı açıqlamasında bildirilib.

Qeyd olunub ki, İspaniyanın Kataloniya bölgəsində baş verən proseslər diqqətlə izlənilir: “Kataloniya parlamentinin müstəqillik elanını doğru hesab etmirik. Bu qərar İspaniya konstitusiyası və qanunlarına ziddir. Həmçinin İspaniya və bölgə xalqının iradəsini əks etdirmir”.

Açıqlamada gərginliyə səbəb ola biləcək müstəqillik qərarından geri dönülməsinə çağırış edilib. Həmçinin vurğulanıb ki, problem demokratiya və hüququn aliliyi çərçivəsində həll edilməlidir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   İspaniya   Kataloniya  





Xəbər lenti