Bayram günü Türkiyədə terror olacaqmış - 49 nəfər tutulub

Bayram günü Türkiyədə terror olacaqmış - 49 nəfər tutulub
  28 Oktyabr 2017    Oxunub:2242
Ankarada İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 49 xarici ölkə vətəndaşı saxlanılıb.

AzVision.az “Hürriyet”-ə istinadən xəbər verir ki, Ankara prokurorluğu 55 xarici vətəndaşın saxlanılması barədə qərar çıxarıb.
Paytaxtın müxtəlif rayonlarında keçirilən əməliyyat zamanı artıq 49 nəfər tutulub. Məlum olub ki, onların hamısı Suriya və İraqda terrorçuların tərəfində döyüşüb. Hazırda saxlanılan şəxslər dindirilir.

Bundan əlavə, Türkiyə Terrorla Mübarizə İdarəsinin yaydığı məlumata görə, saxlanılan şəxslərdən bəziləri 29 oktyabr Cümhuriyyət günü ilə bağlı keçiriləcək şənliklər zamanı terror aktı törətməyi planlaşdırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Terror  





Xəbər lenti