Kataloniyaya yeni rəhbər təyin edildi

Kataloniyaya yeni rəhbər təyin edildi
  28 Oktyabr 2017    Oxunub:2949
İspaniya hakimiyyəti Kataloniya hökumətinin və parlamentinin buraxılmasından sonra bölgəyə yeni rəhbər təyin edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya baş nazirinin müavini Sorayya Saens de Santamariya Anton Kataloniyanın yeni rəhbəri olacaq.

Kataloniyanın polis rəisi Massos Jozep Luis Trapero da istefaya göndərilib. Bundan sonra vilayətdə hüquq-mühafizə orqanlarına rəhbərliyi İspaniya Daxili İşlər Nazirliyi həyata keçirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: İspaniya   Kataloniya  





Xəbər lenti