Mikayıl Cabbarov tələbələrlə görüşüb

Mikayıl Cabbarov tələbələrlə görüşüb
  18 Sentyabr 2013    Oxunub:1117
Təhsil naziri Mikayıl Cabbarov xaricdə təhsil almaq şansı qazanan 84 tələbə ilə görüşüb.
AzVision.az xəbər verir ki, sentyabrın 17-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 84 tələbə ilə görüşüb.

Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayibr. Təhsil naziri bildirib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir. Nazir Dövlət Proqramı üzrə təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdırmış və onların seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə ümidvar olduğunu söyləyib.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 315 namizəd barəsində müsbət qərar qəbul olunub.

Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti