Vüsalə Mahirqızı İranın xəbər agentliklərinin rəhbərləri ilə görüşüb
Daha sonra V. Mahirqızı İSNA agentliyinin pavilyonunda bu agentliyin baş direktoru Əli Müttəqianla bir araya gəlib. “Bizim İran mətbuatından gözləntimiz budur ki, Qarabağ münaqişəsi ilə bağlı xəbərləri davamlı işıqlandırsınlar. Ona görə ki, bu ərazi İslam dünyasının bir parçasıdır. Ermənistan işğal etdiyi ərazilərdə məscidləri dağıdır və dini abidələrə hörmətsizlik edir. Mülki insanlar gülləyə tuş gəlməyin qorxusundan öz yaxınlarının məzarlarını ziyarətə gedə bilmirlər. Gözləntimiz budur ki, İran mətbuatı Dağlıq Qarabağ münaqişəsi barədə başqa mənbələrə deyil, Azərbaycan mətbuatının xəbərlərinə istinad etsin”, - deyə “APA Holdinq”in rəhbəri vurğulayıb.
Əli Müttəqiyan isə bildirib ki, İSNA öncül agentliklərdəndir: “Ümid edirəm ki, APA və İSNA arasında imzalanacaq əməkdaşlıq müqaviləsi ilə hər iki tərəf qarşılıqlı xəbər mübadiləsi imkanı əldə edəcək. İSNA İranın ən geniş əlaqələri olan agentlikdir və doğru xəbər qaynağıdır. Bizim müxbirlərimiz tələbələr arasından seçilir, təlim görürlər və onlarla işləyirik. Çalışırıq ki, xəbərləri dəqiq və qərəzsiz öz oxucularımıza çatdıraq”.
V. Mahirqızı İranın Dövlət Xəbər Agentliyi İRNA-nın da pavilyonuna baxış keçirib və İran dövlət televiziyasına müsahibə verib.
Teqlər: #Vüsalə-Mahirqızı #İran #APA