Rusiyada azərbaycanlı biznesmen oğurlanıb

  29 Oktyabr 2017    Oxunub : 860
Rusiyada azərbaycanlı biznesmen oğurlanıb

Rusiyada Azərbaycan əsilli şəxs oğurlanıb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də Peterburqun Viborqsk rayonunda Engels prospektində baş verib.

Dəbilqə geyinmiş 3 silahlı şəxs 48 yaşlı kişini evinin yaxınlığında oğurlayıb. Həmin an müşahidə kamerasına düşüb. Onlar öncə kişini yerə yatırır, sonra isə “Volkswagen Caravelle” markalı göy rəngli mikroavtobusa əyləşdirirlər. Daha sonra həmin şəxslər oğurladıqları kişinin 45 yaşlı həyat yoldaşına zəng açıb və ərinin azadlığa çıxması üçün 1,5 milyon avro tələb ediblər. Oğurlanan şəxs Astara rayonunun Ərçivan kəndində anadan olub, hazırda Peterburqun Prosveşeniya prospektində qeydiyyatdadır. O, əvvəllər ərzaq daşınması ilə məşğul olan kiçik firma sahibi olub, firma 2013-cü ildə bağlanıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər: Rusiya   Biznesmen