Məsud Bərzani istefa verdi

Məsud Bərzani istefa verdi
  30 Oktyabr 2017    Oxunub:2040
İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani rəsmən istefa verib.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Bərzaninin istefası barədə məktub bu gün İraq Kürd Bölgə Muxtariyyətinin parlamentinin qapalı keçirilən iclasında oxunub.
Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini bildirib. Bununla da 2015-ci ildən bu postu tutan və iki dəfə səlahiyyət müddəti uzadılan M.Bərzaninin istefası rəsmiləşib.

AzVision.az


Teqlər: İraq   Bərzani  





Xəbər lenti