Bərzaninin istefası silahlı insidentə səbəb oldu

Bərzaninin istefası silahlı insidentə səbəb oldu
  30 Oktyabr 2017    Oxunub:1527
İraq küdrlərinin lideri Məsud Bərzaninin istefasından sonra Kürd Muxtariyyəti parlamenti binasının yaxınlığında silahlı insident baş verib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, parlamentin ətrafında silah səsləri eşidilib.

İlkin məlumata görə, İraqın kürd muxtariyyətinin təhlükəsizlik qüvvələri Məsud Barzani tərəfdarlarının parlamentə hücumu cəhdinin qarşısını alıb.

Qeyd edək ki, bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani rəsmən istefa verib.

AzVision.az


Teqlər: İraq  





Xəbər lenti