ABŞ-da erməni katolikosa qarşı etiraz aksiyası keçirilib - VİDEO

ABŞ-da erməni katolikosa qarşı etiraz aksiyası keçirilib - VİDEO
  30 Oktyabr 2017    Oxunub:1721
Ermənilərin katolikosu II Qareginin ABŞ-a səfəri etiraza səbəb olub.
AzVision.az xəbər verir ki, Los-Ancelesdə bir qrup erməni müxalifətçi Qareginin kilsəyə gəlişi zamanı əllərində “Rejimə ölüm”, “Biz "Sasna Tsrer"çilərik”, “Siyasi məhbuslara azadlıq” yazılmış plakatlarla etiraz aksiyası keçirib.

Etirazçılardan biri erməni din xadiminin kilsəyə gələcəyini əvvəlcədən bildiklərini və bu səbəbdən etiraz aksiyası təşkil etdiklərini bildirib.

Qeyd edək ki, bir həftə əvvəl isə Qareginə qarşı Almaniyada etiraz aksiyası keçirilib.



Alpər Mövlüdoğlu
AzVision.az


Teqlər: ABŞ   Qaregin   Etiraz  





Xəbər lenti