Erməni hərbçi atası ilə birlikdə öldü

Erməni hərbçi atası ilə birlikdə öldü
  30 Oktyabr 2017    Oxunub:2312
Ermənistanda ölümlə nəticələnən yol qəzası baş verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sisyan-Şenqavit magistralında "VAZ-2106" markalı avtomobil "UAZ-3152" ilə toqquşub.

Qəza nəticəsində "VAZ-2106"-da olan 55 yaşlı Serjik Hovhannisyan hadisə yerində ölüb. 31 yaşlı Norayr Hovhannisyan isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ölən şəxslərin ata və oğul olduğu bildirilir. Məlumata görə, Norayr Hovhannisyan müqaviləli hərbi qulluqçu olub.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Qəza   Hərbçi  





Xəbər lenti