Azərbaycana 26 milyon dollar ayrılıb - Kütləvi qırğın silahlarına görə

  30 Oktyabr 2017    Oxunub : 2032
Azərbaycana 26 milyon dollar ayrılıb - Kütləvi qırğın silahlarına görə

"Azərbaycan və ABŞ kütləvi qırğın silahlarının qarşını almaq üçün birgə əməkdaşlıq edir. Bu əməkdaşlığın gözəl tarixi var"

AzVision.azxəbər verir ki, bunu ABŞ ölkəmizdəki səfiri Robert Sekuta bildirib.

Diplomat qeyd edib ki, kütləvi qırğın silahlarının qarşısının alınması üçün ABŞ Azərbaycana ümumilikdə 26 milyon dollar ayırıb.

"Ölkələrimizin bir çox məsələlərdə mövqeyi üst-üstə düşür. Biz Azərbaycanın necə çətin bir bölgədə yerləşdiyini başa düşürük. Digər ölkələrin də Azərbaycan kimi kütləvi qırğın silahlarının qarşısının alınması istiqamətində addımlar atması məqsədə uyğundur"

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: ABŞ   Sekuta   Səfir   Azərbaycan