Ərdoğanı Bakı səfərində xanımı və 5 nazir müşayiət edir

Ərdoğanı Bakı səfərində xanımı və 5 nazir müşayiət edir
  30 Oktyabr 2017    Oxunub:2271
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradan Azərbaycana yola düşüb.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onu Esenboğa hava limanından Bakıya Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Ankara valisi Ercan Fırlanğıca, Ankara Əmniyyət Müdiri Sərvət Yılmaz və digər rəsmi şəxslər yola salıb.
Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, milli təhsil naziri İsmət Yılmaz, milli müdafiə naziri Nurəddin Canik, Nəqliyyat Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslan müşayiət edir.

Qeyd edək ki, bu gün Türkyə prezidenti R.T.Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili ilə birliklə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə keçiriləcək tədbirə qatılacaq.

Ərdoğan, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və açılışa gələn digər ölkə liderləri ilə birlikdə Ələt stansiyasına qədər gedəcək. Daha sonra qonaqların şərəfinə verilən şam yeməyinə qatılacaqlar.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti