Hicablı qadınlara stadiona getməyə icazə verildi

Hicablı qadınlara stadiona getməyə icazə verildi
  30 Oktyabr 2017    Oxunub:2288
Səudiyyə Ərəbistanında qadınlar idman yarışlarını stadiondan canlı izləyə biləcəklər.
AzVision.az-ın məlumatına görə, bu barədə Krallığın baş idman idarəsinin rəhbəri Türki Əl Şeyxi məlumat verib.

O, bildirib ki, 2018-ci ildən etibarən idman tədbirlərini izləmək üçün qadınlara stadionlara getməyə icazə verilib. Bunun üçün Ər-Riyad, Dammam və Ciddənin əsas stadionlarında yenidənqurma işləri aparılacaq.

Qeyd edək ki, indiyə qədər Səudiyyə Ərəbistanında stadionlara yanlız kişilər gedə bilirdi.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Hicab   Ərəbistan  





Xəbər lenti