Rusiya Ermənistana 100 milyon hərbi kredit verməyə tələsmir

  30 Oktyabr 2017    Oxunub : 862
Rusiya Ermənistana 100 milyon hərbi kredit verməyə tələsmir

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan ümid edir ki, rəsmi İrəvan Moskva ilə ilin sonuna kimi 100 milyon dollar dəyərində olan yeni müdafiə kreditini imzalayacaq.

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Ermənistan hökuməti sazişi təsdiqlədi. Həllik imzalanma ilə bağlı konkret tarix yoxdur. Ümid edirəm ki, bu ilin sonuna kimi baş tutacaq”.

Qeyd edək ki, oktyabrın 12-də Ermənistan parlamenti Rusiyanın Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayırması barədə sazişi imzalayıb.

Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 20 il müddətinə illik 3 faizlə veriləcək. Bundan başqa, Ermənistanla bağlanan müqavilələrin dəyərinin 10 faizini avans ödəmə şəklində birgə maliyyələşdirmə məsələsi nəzərdə tutulub.

Müqavilənin müddəalarına görə, Ermənistanın Müdafiə Nazirliyi və "Rosoboronexsport" ASC arasında müasir silahlanma və texnikanın təmin edilmə proseduru, hərbi texnikanın tətbiqinə aid olan məlumatın təmin edilmə şərtləri, tərəflərin öhdəlikləri, təmir və texnikanın saxlama öhdəlikləri, satın alma ödənişləri və digər məsələlərlə bağlı fərdi qaydada müqavilələr imzalanacaq.

Xatırladaq ki, 2015-ci ilin iyunun 26-da Ermənistan və Rusiya Federasiyası arasında silah tədarükü ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Rusiya   Ermənistan