Sarkisyan, müdafiə naziri və spiker Moskvaya gedir

Sarkisyan, müdafiə naziri və spiker Moskvaya gedir
  30 Oktyabr 2017    Oxunub:2127
Ermənistan prezidenti Serj Sarkisyan 15-16 noyabr tarixlərində Moskvada səfərdə olacaq.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toğanyan bildirib.
"Ermənistan prezidentinin Rusiyadakı erməni mədəniyyət günlərinin açılış mərasiminə gəlməsini gözləyirik. Düşünürük ki, noyabrın 15-16-da Rusiyaya işgüzar səfər baş tutacaq ", - Toğanyan Moskvada mətbuat konfransında deyib.

O, həmçinin rəsmi nümayəndə heyətinin Rusiyada tədbirlərdə iştirak edəcəyini qeyd edib.

"Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Marşal Bəhramyanın 120 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün Rusiyaya gələcək. Biz Ermənistan prezidentinin açılış mərasiminə gəlməsini gözləyirik. Həmçinin, Ermənistan Parlamentinin spikerinin səfəri də planlaşdırılır".

Alpər Mövludoğlu


Teqlər: Ermənistan   Sarkisyan   Vigen-Sarkisyan   Moskva  





Xəbər lenti