Qəbələ və Yokneam arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Qəbələ və Yokneam arasında əməkdaşlıq müqaviləsi imzalanıb
  30 Oktyabr 2017    Oxunub:1678
Yokneam şəhərinin meri cənab Simon Elfassi və birinci vitse mer cənab Roman Peresin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın Qəbələ şəhərinə səfər edib və Qəbələnin İcra Hakimiyyəti başçısı cənab Sabuhi Abdullayev ilə iki şəhər arasında əməkdaşlıq müqaviləsini imzalayıblar.
AzVision.az xəbər verir ki, imzalanma mərasimində İsrail Dövlətinin Azərbaycandakı səfiri cənab Dan Stav iştirak edib. Tərəflər iki ölkə arasında əlaqələrin potensialının artırılmasının və insanlar arasında münasibətlərin qurulmasının vacibliyini vurğulayıblar. Cənab Simon Elfassi və cənab Sabuhi Abdullayev mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlığa əsas yaratmaq üçün müqavilənin tez bir zamanda həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Birinci Vitse Mer cənab Roman Peresin əslən Azərbaycandan olması Yokneam və Qəbələ arasında körpünün qoyulmasını daha da tezləşdirəcək.

Yokneam “Startap şəhərciyi” kimi yaxşı tanınır. 1989-cü ildə cənab Simon Elfassi şəhərin Meri təyin edildikdən sonra Yokneamda yerləşən şirkətlərin sayi və ölçüsü artıb və şəhər gənc iş adamlarını cəlb etməyə başlayıb. Qəbələnin iqtisadiyyatı isə əsasən kənd təsərrüfatı və turizm üzərində qurulub. Qəbələ tanınmış turizm istiqamətidir və bölgənin iqlimi həm yay, həm də qış turizminin inkişafı üçün imkan yaradıb. Qəbələ və Yokneam ikisi də qədim şəhərdir və əməkdaşlıq üçün böyük imkanlara sahibdir.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:





Xəbər lenti