Putin Tehranda İlham Əliyevlə təkbətək görüşəcək

  30 Oktyabr 2017    Oxunub : 1326
Putin Tehranda İlham Əliyevlə təkbətək görüşəcək

Rusiya prezidenti Vladimir Putin İran və Azərbaycan prezidentləri Həsən Ruhani və İlham Əliyevlə görüş keçirmək üçün noyabrın 1-də Tehrana səfər edəcək.

AzVision.az xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.

Bildirilib ki, liderlər siyasi, iqtisadi və mədəni humanitar sahələrdə üç ölkənin qarşılıqlı əlaqələrinin aktual mövzularını müzakirə edəcəklər.

Putin, həmçinin Həsən Ruhaniİlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Rusiya   Putin   İlham-Əliyev   Tehran