Bakıda çayxanadan samovar oğurlayan tutuldu

Bakıda çayxanadan samovar oğurlayan tutuldu
  19 Sentyabr 2013    Oxunub:1284
Səbail rayonunda Pünhan Mürsəlova məxsus kafedən bir ədəd samovar oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yaydığı xəbərə görə, oğurluğu törətmiş paytaxt sakini Əlsoltan Cavadov rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin Fidan Səmədovaya məxsus “Nissan”, Natiq Abdulova məxsus “KİA” və Elmir Həsənova məxsus “KİA” markalı avtomobillərdən pul, təkər və eynək oğurlaması da müəyyən edilib.

Sabunçu rayonunda isə Maştağa qəsəbəsindən rayon qaz istismarı sahəsinə məxsus borular oğurlanmağa cəhd göstərilib. Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı sakinləri Anar Məmmədov və Hüseynağa Məlikov saxlanılıblar.


Teqlər:





Xəbər lenti