Beş ölkənin XİN rəhbəri Astanada görüşəcək - Gündəm Xəzər dənizidir

Beş ölkənin XİN rəhbəri Astanada görüşəcək - Gündəm Xəzər dənizidir
  31 Oktyabr 2017    Oxunub:1652
Xəzəryanı dövlətlərin sammiti 2018-ci ilin əvvəlində Astanada keçirilə bilər.

AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin “Rossiya 24” kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan XİN başçıları dekabrda Moskvada sammitə hazırlıqları müzakirə etmək üçün görüşü gözlənilir.

Hazırda bu istiqamətdə işlər aparılır: “İndi biz bu sənədin müəyyən detallarını tamamlamağa çalışırıq. Həlledici sammiti təşkil etmək məqsədi ilə hardasa dekabrda xarici işlər nazirlərini Moskvada toplamaq mümkün olacaq. Bu dəfə sammit Qazaxıstanda, yəqin Astanada keçiriləcək”.

Karasin bildirib ki, Xəzər “böyük beynəlxalq problemlərə gözlənilməz müxtəlif yanaşmalar” fonunda qarşılıqlı əlaqənin nümunəsi olmalıdır

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın Xəzəryanı dövlətlərin növbəti sammitində imzalanması planlaşdırılır.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Xəzər-dənizi   sammit  





Xəbər lenti