Bahar havası gəlir...

Bahar havası gəlir...
  02 Mart 2013    Oxunub:1298
Hava isinir.
Martın 3-də ölkə ərazisində havanın temperaturu 3-5 dərəcə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, martın 3-ü Bakıda və Abşeron rayonunda havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-6 dərəcə, gündüz 9-14 dərəcə isti olacaq.

Respublikanın bölgələrində də martın 3-ü hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7, bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.

Martın 3-də arabir güclənən gilavar küləyinin üstünlüyü əksər meteohəssəs insanlarda diskomfort hissi yarada bilər.


Teqlər:





Xəbər lenti