“New York Times” jurnalistləri Azərbaycandan icazə istəyib

“New York Times”  jurnalistləri Azərbaycandan icazə istəyib
  19 Sentyabr 2013    Oxunub:938
“New York Times”ın jurnalistləri Qarabağa getmək üçün XİN-dən icazə istəyib.
“New York Times” qəzetinin Moskva filialının jurnalistləri Dağlıq Qarabağa səfərlərlə bağlı Azərbaycan XİN-ə müraciət ediblər. AzVision.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Onun sözlərinə görə, Moskva filialının bir neçə jurnalistinin Azərbaycanın işğal olunmuş ərazilərinə münaqişənin işıqlandırılması üçün səfər etmək niyyəti var. Bununla bağlı onlar Azərbaycanın Xarici İşlər Nazirliyindən razılıq istəyiblər. Daha sonra onlar Azərbaycana da səfər edəcəklərini və münaqişə ilə bağlı obyektiv məqalə hazırlayacaqlarını bildiriblər. Bunlar Devid Herzinkon, Ceyms Hill, Ben Salamon, Nova Snayder, Viktor Klimenkovdur. (trend)



Teqlər:  





Xəbər lenti