Ermənistan "Metsamor"la yanaşı yeni AES tikmək istəyir

Ermənistan "Metsamor"la yanaşı yeni AES tikmək istəyir
  31 Oktyabr 2017    Oxunub:2232
Ermənistan "Metsamor" AES-in fəaliyyətini uzatmaq üçün 2018-ci ilin büdcəsindən 134 milyon dollar vəsait ayıracaq.

AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, "Metsamor" AES Ermənistanın 40%-ni elektrik enerjisi ilə təmin edir. AES-in fəaliyyətini davam etdirmək üçün Rusiya hökuməti 270 milyon dollar dəyərində kredit, 30 milyon dollar dəyərində qrant ayırıb.

İşlər 2020-ci ilə qədər davam edəcək. "Metsamor" stansiyasının fəaliyyəti 2027-ci ilə qədər davam edəcək. Hazırda Ermənistan rəhbərliyi yeni AES tikintisi ilə yanaşı, köhnə stansiyanın da fəaliyyətini davam etdirmək barədə düşünür.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Metsamor   Rusiya  





Xəbər lenti