Ölülər Günü Azərbaycan Dillər Universitetində - FOTOLAR

Ölülər Günü Azərbaycan Dillər Universitetində - FOTOLAR
  31 Oktyabr 2017    Oxunub:1800
Oktyabrın 31-də Meksikanın Azərbaycandakı Səfirliyi Azərbaycan Dillər Universitetində Ölülər Gününü qeyd etdi və bu münasibətlə universitetin birinci mərtəbəsində quraşdırılmış ölülər altarı kimi Meksika adətlərinin bir hissəsini tələbələrlə bölüşdü.
Bu barədə Meksikanın Azərbaycandakı Səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Təqdimata gələn Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini universitetin müəllim və tələbə heyəti ilə birlikdə altarın açılışını etdi, onun tərkib hissələrindən məlumat verərək təbdir iştirakçılarını Meksika mədəniyyətinin bu və digər maraqlı tərəflərini tanımağa dəvət etdi.
Sonra tədbir iştirakçıları universitetin Multikulturalizm zalında toplaşdılar, orada səfir Labardini Ölülər günü, onun qeyd olunma formaları, ənənəvi rituallar və yaranma tarixindən qısa olaraq söz açdı. İspandilli tələbələr bu və digər Meksika ənənələrinə böyük maraq göstərmiş, mövzu ilə bağlı suallara cavab tapmaq imkanında oldular.

Mövzu ilə bağlı müzakirələrdən sonra “Sümüklərə qədər” adlı qısametrajlı film nümayiş olundu. Film ölümün həyatın bir hissəsi olması anlayışını təqdim edir.
Sonra universitet tərəfindən Səfirə təqdimat mərasimi və çoxsaylı Meksika adətlərinin bəziləri ilə bölüşməsinə görə təşəkkür bildirildi, gələcəkdə oxşar görüşlərin həyata keçirilməsi təklif olundu.







Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Meksika   Azərbaycan  





Xəbər lenti