Azərbaycanlı jurnalistin kitabı Ərdoğana təqdim olunub
Baş redaktor söhbət əsnasında qeyd edib ki, bu kitabda adları keçən bəzi FETÖ-çular Azərbaycan prezidenti İlham Əliyevin iradəsi ilə cəzalandırılıblar, FETÖ-ya məxsus məktəb və universitetlər bağlanıb.
Bundan məmnunluğunu vurğulayan Əminə Ərdoğan isə yarızarafat formada “Əgər qalanlar varsa, adlarını bizə bildirin”, - deyə Aqil Ələsgərə cavab verib. Xoş atmosferdə keçən söhbət zamanı səmimi fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər ötən gün Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimində iştirak üçün Bakıya gəlmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.
Xatırladaq ki, Aqil Ələsgər 2016-ci il iyulun 15-də (FETÖ çevrilişindən bir neçə saat əvvəl) Türkiyənin baş naziri Binəli Yıldırımla da görüşərək, müəllifi olduğu “Terrorun Gülən üzü” kitabını ona təqdim etmişdi.
Teqlər: