Kabildəki terroru İŞİD törədib

Kabildəki terroru İŞİD törədib
  31 Oktyabr 2017    Oxunub:1117
İŞİD qruplaşması Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb.
TASS-ın məlumatına görə, xarici ölkə səfirliklərinin və hökumət binalarının yerləşdiyi Vəzir-Əkbər-Xan diplomatik məhəlləsində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub, 21 nəfər yaralanıb.

Bundan öncə insident nəticəsində 13 nəfərin öldüyü və daha 13 nəfərin xəsarət aldığı barədə məlumat yayılmışdı. Partlayışı 13 yaşlı kamikadzenin törətdiyi bildirilir.

AzVision.az


Teqlər: Kabil   Partlayış   İŞİD  





Xəbər lenti