ABŞ-dan İrana qarşı yeni sanksiya

ABŞ-dan İrana qarşı yeni sanksiya
  01 Noyabr 2017    Oxunub:1237
ABŞ İran İnqilab Keşikçiləri Korpusunun hərbi-hava birləşməsi daxil olmaqla, bir neçə şirkət, təşkilat və şəxslərə qarşı sanksiyalar tətbiq edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik İrana qarşı sanksiyaların genişləndirildiyini bəyan edib. Qeyd olunub ki, sanksiyalar ümumilikdə 41 fiziki və hüquqi şəxsi əhatə edib.

Bildirilib ki, yeni sanksiyalar kütləvi qırğın silahlarının yayılmasına qarşı görülən tədbirlər çərçivəsində tətbiq edilib.

AzVision.az


Teqlər: ABŞ   İran   Sanksiya  





Xəbər lenti