Nyu-Yorkda terror aktı: 8 ölü, xeyli yaralı var - VİDEO (Yenilənib)

Nyu-Yorkda terror aktı: 8 ölü, xeyli yaralı var - VİDEO (Yenilənib)
  01 Noyabr 2017    Oxunub:4017
Nyu-Yorkda törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxsin idarə etdiyi yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində azı 8 nəfər ölüb. Yaralı sayının 15-ə çatdığı bildirilir.

ABŞ polisi hadisəni terror aktı kimi qiymətləndirilib.

Məlumata görə, hadisəni törədən 29 yaşlı cinayətkar saxlanılıb. Onun kimliyi açıqlanmayıb.



Qeyd edək ki, naməlum şəxs idarə etdiyi avtomobili velosiped yolundakı insanların üzərinə sürdükdən sonra atəş açmağa başlayıb.

AzVision.az


Teqlər: ABŞ   Terror  





Xəbər lenti