Rusiya Ermənistana pulsuz raket sistemi verdi

Rusiya Ermənistana pulsuz raket sistemi verdi
  01 Noyabr 2017    Oxunub:1844
Rusiyanın Ermənistana göndərdiyi müasir “Eliya 3” dolu əleyhinə raket sistemi artıq İrəvana təhvil verilib.

AzVision.az xəbər verir ki, bunu “Ria Novosti”yə açıqlamasında Ermənistan Fövqəladə Hallar Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Qnodyan Nana deyib.
Onun sözlərinə görə, iki sistem pulla alınıb, üçüncü isə Rusiya tərəfindən Ermənistana təmənnasız verilib.

Qnodyan Nana qeyd edib ki, dolu əleyhinə raket sisteminin ikisi Armavir vilayətində quraşdırlıb. Radiolokasiya stansiyası ən müasir rəqəmsal avadanlıqla təchiz edilib. Yaxın günlərdə qurğu istismara hazır olacaq.

Qeyd edək ki, bu qurğu 45 min hektar kənd təsərrüfatı sahələrini etibarlı müdafiə edilməsinə imkan verəcək. Radiolokasiya stansiyasının məlumatları əsasında həyata keçirilən atəşlər çox yüksək dəqiqliyi ilə yerinə yetirilir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti