Türkiyənin “Qızıl Soros”u həbs edilib

Türkiyənin “Qızıl Soros”u həbs edilib
  01 Noyabr 2017    Oxunub:1582
Türkiyədə 15 iyul çevriliş cəhdinə dair istintaq çərçivəsində saxlanılan iş adamı Osman Kavala həbs olunub.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kavala Türkiyə Cümhuriyyəti konstitusiyasını zorla dəyişdirməyə və zor tətbiq edərək hökuməti devirməyə təşəbbüsdə ittiham olunub.

Qeyd edək ki, məşhur milyarder Corc Sorosun Açıq Cəmiyyət İnstitutunun Türkiyədəki qurucusu “Qızıl Soros” ləqəbli Osman Kavalanın ABŞ-ın xüsusi xidmət orqanlarının nümayəndələrindən olan və FETÖ-nun sözçülərindən biri Maykl Rubin, PYD-nin keçmiş lideri Saleh Müslüm, keçmiş HDP sədri Səlahəddin Dəmirdaşla birgə fotosu ortaya çıxıb.

Eyni zamanda Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) Prezident Rəcəb Tayyib Ərdoğan üçün istifadə etdiyi “Səni pezident seçməyəcəyik” şüarının müəllifi də Kavaladır. Məlumatlara görə, Kavala HDP-li Sirri Sürəyya Öndər vasitəsilə İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalana mütəmadi olaraq məktublar göndərirmiş.

AzVision.az


Teqlər: FETÖ   SOROS  





Xəbər lenti