`Kimyəvi silahın məhvi üçün 1 il lazımdır` - VİDEO

`Kimyəvi silahın məhvi üçün 1 il lazımdır` - VİDEO
  19 Sentyabr 2013    Oxunub:1094
Kimyəvi silahların məhv edilməsi üçün ABŞ 1 milyard dollar ödəməlidir.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd bildirib ki, kimyəvi silahların məhv edilməsi üçün bir il vaxt lazımdır. Onun sözlərinə görə, kimyəvi silah arsenalının məhv edilməsi texniki cəhətdən mürəkkəb və bahalı əməliyyatdır.

“Bu həmçinin çox bahalı əməliyyatdır, bunun üçün bir milyard dollar lazımdır. Kimyəvi silah həmçinin ekologiya üçün zərərlidir. Əgər ABŞ administrasiyası toksik materialları ölkəsinə aparmağa hazırdırsa, həmin pulu ödəsin” – Suriya prezidenti kimyəvi silahın ABŞ-a verilməsi barədə Fox News-a müsahibəsində vurğulayıb. Qeyd edək ki, Suriyanın kimyəvi silah arsenalının məhv edilməsi planı ABŞ və Rusiyaya məxsusdur.

Əsəd yenə də avqustun 21-də Dəməşqdə kimyəvi silah hücumuna görə ittihamları təkzib edib.



AzVision.az


Teqlər:  





Xəbər lenti