Əliyev-Putin-Ruhani görüşündə Qarabağ müzakirə olunacaq

Əliyev-Putin-Ruhani görüşündə Qarabağ müzakirə olunacaq
  01 Noyabr 2017    Oxunub:1668
İran, Azərbaycan və Rusiya prezidentləri arasında Tehranda keçiriləcək üçtərəfli görüş regional əməkdaşlığın, iqtisadi inkişafın, regionda sülhün və sabitliyin artması üçün əsas verəcək.

AzVision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
O, qeyd edib ki, görüşdə tərəflər üçün vacib olan nüanslar, o cümlədən, tranzit və enerji məsələsi müzakirə olunacaq.

C.Zərif prezidentlərin görüşündə regiondakı mövcud münaqişələr ətrafında fikir mübadiləsi aparılacağını deyib.

“Üç prezident arasında ilk birgə iclas Bakıda keçirilib. Azərbaycan prezidenti İlham Əliyevin təklifi ilə qərara alınıb ki, növbəti görüş Tehranda keçirilsin. Regional əməkdaşlıq yüksək milli təhlükəsizlik və iqtisadi inkişaf baxımından vacibdir.

Prezidentlərin görüşü bu baxımdan faydalı ola bilər. Görüşdə xüsusilə Suriya böhranı, regionda mövcud münaqişələrin həlli, təhlükəsizliyin artırılması ətraflı müzakirə olunacaq”.

Qeyd edək ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırki vəziyyətin müzakirə olunacağı istisna edilmir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İran   Rusiya   Azərbaycan   Qarabağ   İlham-Əliyev  





Xəbər lenti