Ermənistanda həbsxanada qiyam qalxdı

Ermənistanda həbsxanada qiyam qalxdı
  01 Noyabr 2017    Oxunub:2339
Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar qiyam qaldırıb.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, məhbuslar bir neçə saat ərzində çarpayı əşyalarını, kameraların qapaqlarını, qida pəncərələrini qırıb, yandırıblar.
Məlumata görə, Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb. Nəticədə məhbuslar kameraların qapılarına və qida pəncərələrinə zərbələr endirib, kameralardan söyüş və təhqiredici ifadələr işlədiblər.

Bir neçə məhbus yandırılmış çarpayı və məişət əşyalarını kameraların pəncərələrindən çölə atıb. Bu hərəkətlərin səbəbindən bir neçə kameranın qida pəncərəsi qırılıb, qıfıllara ziyan dəyib.

Qeyd olunub ki, Görus həbsxanasının və penitensiar xidmət idarəsinin əməkdaşlarının gördüyü tədbirlər nəticəsində həbsxanada qiyamın qarşısı alınıb.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Həbsxana   Qiyam  





Xəbər lenti