Ermənistanda kəndlilər yolu bağlayıb etiraz etdilər

Ermənistanda kəndlilər yolu bağlayıb etiraz etdilər
  02 Noyabr 2017    Oxunub:1565
Ermənistanda Parakar kənd sakinləri etiraza qalxıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məktəb direktorunun dəyişdirilməməsini tələb edən sakinlər Armavir-İrəvan yolunu bağlayıblar.

Etirazçılar Armavir vilayət rəhbəriin qərarını ləğv etməyə çağırıblar. Məktəbin hazırki direktoru Varazdat Hakobyan bildirib ki, bu dəqiqələrdə təhsil idarəsinin rəisi şagird və valideynlərlə görüşür. Görüşdən sonra atılacaq addımlar məlum olacaq.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti