Tramp “Green Card”ı ləğv edir

Tramp “Green Card”ı ləğv edir
  02 Noyabr 2017    Oxunub:3314
Oktyabrın 31-də Nyu-Yorkda terror hücumu törədən Seyfullah Saipovu "heyvan" adlandıran prezident Donald Tramp ABŞ Konqresindən belələrinin Amerikaya daxil olmasına imkan yaradan “green card” lotereyasına son qoymağa çağırıb.
Proqramı “zəncirvari immiqrasiya” adlandıran Tramp deyib ki, bundan sonra ABŞ-a ancaq ölkəyə “layiqli xidmət" göstərə biləcək insanların daxil ola biləcəyi yeni proqramı dəstəkləyəcək.

Ağ Evin rəhbəri Saipovu mühakimə gözləyərkən Quantanamo hərbi həbsxanasına göndərilməsini bəyan edib.

Rəsmi “Diversifikasiya lotereyası” kimi tanınan “green card” lotereyası 1990-cı ildə qanun kimi qəbul olunub və 1995-ci ildə qüvvəyə girib. Proqram çərçivəsində ABŞ-a immiqrasiya üçün təxminən 50 min viza verilir. (AzərTAc)

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti