Nazir 15 il əvvəlki hərəkətinə görə istefa verdi

Nazir 15 il əvvəlki hərəkətinə görə istefa verdi
  02 Noyabr 2017    Oxunub:1546
Böyük Britaniyanın müdafiə naziri Maykl Fallon istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Nazirin son günlər barəsində yayılan şayiələrə görə, vəzifəsindən istefa verdiyi bildirilir.

Qeyd edək ki, aparıcı KİV-lərdə Maykl Fallonun 15 il əvvəl bir xanım jurnalistin bədəninə əllə toxunduğu haqda müxtəlif məlumatlar yayılıb. Nazir açıqlamasında bunu təkzib etməyib. Bildirib ki, həmin xanımın dizinə toxunub və buna görə ondan üzr istəyib. Mətbuatda bu məsələ şişirdilərək günlərlə müzakirə mövzusuna çevrilib.

AzVision.az


Teqlər: Britaniya   Müdafiə-Naziri  





Xəbər lenti