Türkiyədə 31 terrorçu öldürülüb - Yenilənib

Türkiyədə 31 terrorçu öldürülüb - Yenilənib
  02 Noyabr 2017    Oxunub:3270
Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda təhlükəsizlik gücləri ilə PKK-lı terrorçular arasında baş verən atışmadan sonra PKK terror təşkilatına qarşı əməliyyatlar həyata keçirilib.
AzVision.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əməliyyatlar nəticəsində PKK-nın 31 üzvü məhv edilib.

Hakkaridə 19, Tuncelidə 9, Şırnakda isə 3 PKK-çı zərərsizləşdilib.

Qeyd edək ki, Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda təhlükəsizlik gücləri ilə PKK-lı terrorçular arasında atışma zamanı 8 türk əsgəri şəhid olub.

***

Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda təhlükəsizlik gücləri ilə PKK-lı terrorçular arasında atışma baş verib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, atışma nəticəsində şəhid olanların sayı 8 nəfərə çatıb.

Adıçəkilən ərazidə anti-terror əməliyyatları davam edir.

***

Türkiyədə PKK terrorçuları ilə atışma zamanı 4 nəfər şəhid olub.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, atışma nəticəsində 2 hərbçi və 2 kənd qoruqçusu şəhid olub.

Atışma nəticəsində 4 terrorçu məhv edilib. Regionda hava dəstəkli əməliyyat davam edir.

AzVision.az


Teqlər: PKK  





Xəbər lenti