AZAL yeni onlayn satış sisteminə keçir

AZAL yeni onlayn satış sisteminə keçir
  02 Noyabr 2017    Oxunub:1749
"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni onlayn satış sisteminə keçir.
AZAL-dan AzVision.az-a verilən məlumata görə, qurumun rəsmi saytının yenilənməsi və yeni onlayn satış sisteminə keçidlə əlaqədar olaraq, bu gün ərzində www.azal.az saytında aviabiletlərin satışı bölməsində profilaktik işlər aparılacaq.

İşlər başa çatdıqdan sonra yeni tariflər və onların şərtləri ilə bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, öncədən alınmış bütün aviabiletlər əvvəlki kimi qüvvədə qalır.

AzVision.az


Teqlər: AZAL  





Xəbər lenti