Monteneqro Azərbaycandan qaz almaq istəyir
Məmmədyarov deyib: "Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Prezidentlər qarşılıqlı səfərlər ediblər. Mən monteneqrolu həmkramı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə məlumatlandırdım. Monteneqro BMT, ATƏT, NATO kimi təşkilatlarda münaqişə ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Ölkələrimiz arasında 15 sənəd imzalanıb, daha 4 sənəd isə hazırda nəzərdən keçirilir. Enerji sahəsində məsələləri müzakirə etdik. Monteneqro Azərbaycan qazını əldə etməkdə maraqlıdır. Nəqliyyat və turizm sahəsində də əməkdaşlıq üçün çox yaxşı potensial var. Azərbaycanla Monteneqro arasında dostluq münasibətləri davam etdirilir. Siyasi baxımından çox yüksək səviyyədə olan əlaqələri iqtisadi səviyyəyə çatdırmaq istəyirik".
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: XİN Məmmədyarov