Şeyx: `İlham Əliyevə səs verəcəyik`

Şeyx: `İlham Əliyevə səs verəcəyik`
  19 Sentyabr 2013    Oxunub:894
`Mən də istərdim ki, bir dindar olaraq ona səs verim. Mən çağırış edirəm ki, İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyin. İnşallah ona səs verəcəyik`.

“AzVision” xəbər verir ki, bu sözləri QMİ sədri Allahşükür Paşazadə ölkə dindarları qarşısınsda çıxış edərkən deyib.

QMİ sədri vurğulayıb ki, sizin məramınız düzgün məramdır.

` Ölkə 10 il içərisində çiçəklənən bir dövlətə çevrilib. Bu gün Azərbaycan xaricə borc verən dövlətə çevrilib.
Mən dindar kimi fəxr edirəm ki, mənim belə bir prezidentim var. Mən 35 ildir ki, bu işin içindəyəm. O qədər prezidentlər olub ki, vədlər veriblər ki, dini inkişaf etdirəcəyik. Ancaq heç nəyə nail ola bilməyiblər. Amma İlham Əliyev din sahəsinə qayğı göstərib. Ölkədə çoxlu məscidlər tikdirib. Vədlərinə sadiq qalıb.
Bu inkişafı təmin edən İlham Əliyev həzrətləridir. Bu gün kimə köməyə ehtiyacı varsa, Mehriban xanıma müraciət edir. Onlar da köməklik edirlər. Bu gün Allah təala bizə İlham Əliyev kimi birini bəxş edib. Mən də istərdim ki, bir dindar olaraq ona səs verim. Mən çağırış edirəm ki, İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirəm. İnşallah ona səs verəcəyik`.

Şeyx həmçinin vurğulayıb ki, Sovet dövründə dindarlar özlərini vətəndaş kimi hesab etməyib.

`Hazırda 2000-yə yaxın məscid var. Paytaxtda, regionlarda məscidlər təmir olundu. 10 ilin içində Azərbaycan hərtərəfli inkişaf edib. Bunun zəhmətini çəkənlər var. Bu yaxınlarda Şamaxı məscidinin təmirdən sonrakı vəziyyətini gördük. Mehriban xanım dəfələrlə ora baş çəkib. Bunlar hamısı dövlətin hesabına həyata keçirilib.

Mən xaricdə dindarlar adından ölkəmizi təmsil edirəm. Orada mənə göstərilən hörmətim şahidi oluram. Bu tək mənə yox, Azərbaycana olan hörmətdir. Bizim qonşularımız bilir ki, 20 faiz torpaqlarımız işğal altındadır.

İrəvanda konfransda iştirak edirdim. Mənə dedilər ki, İrəvana getmə. Dedim ki, gedəcəyəm və fikirlərimi deyəcəyəm. Orda hər şey köhnədən qalmadır. Maşınlar sovet dövründən qalıb. Küçələr qaranlıqdır`.

Nihadə


Teqlər:  





Xəbər lenti