Erməni zabitlərin savadsızlığı Ermənistan üçün bəladır

Erməni zabitlərin savadsızlığı Ermənistan üçün bəladır
  02 Noyabr 2017    Oxunub:1648
Bu günlərdə işğalçı Ermənistan ordusunun zabiti, divizyanın raket və artilleriya silahları xidməti rəisi Antonyanın özünün feysbook səhifəsdində yazdığı fikirlər yenidən bu ölkənin Müdafiə nazirliyinin, eləcə də nazir Vigen Sarkisyanın müxalifətin və ictimaiyyətin qəzəbinə tuş gəlməsinə səbəb olub.
AzVision.az xəbər verir ki, söhbət gənc zabitlərin hədsiz savadsızlığından gedir.

“Orduda zabitlərin savadsızlığı bir bəladır. Günü-gündən gənc zabitlərin savadı aşağı düşür. Çoxları peşiman olduğu üçün bilərəkdən oxumurlar, öyrənmirlər ki, xidmətdən tez canlarını qurtarsınlar. Bu il xidmətə başlayan gənc zabitlərə hərbi xidməti “əlifba”dan başlayaraq öyrətmək məcburiyyətindəyik”.

Antonyanın feysbook səhifəsində paylaşdığı bu fikirlərdən sonra Ermənistanda mövcud olan hərbi təhsil sistemi kəskin tənqid atəşinə tutulub. Hələlik Ermənistan Müdafiə nazirliyi rəsmiləri Antonyanın bu tənqidi fikirlərinə rəsmi münasibət bildirməyib.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti