Sarkisyan Hindistanda ermənilərlə görüşəcək

Sarkisyan Hindistanda ermənilərlə görüşəcək
  02 Noyabr 2017    Oxunub:1605
Ermənistan prezidenti Serj Sarkisyan baş nazir Nerenadra Modinin dəvəti ilə bu gün Hindistana səfər edəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər çərçivəsində Sarkisyan Hindistanın prezidenti, baş nazir və vitse-prezidentlə görüş keçirəcək.

Ermənistan prezidenti Dünya Qida Günü ilə bağlı tədbirə qatılacaq, "Hindistan -2017" konfransının plenar iclasında və qida sənayesi sərgisinin təntənəli açılış mərasimində iştirak edəcək.

Bundan əlavə Sarkisyan Hindistanın erməni icmasının nümayəndələri ilə görüşəcək.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Sarkisyan   Hindistan  





Xəbər lenti