Trampın "Twitter" hesabı bağlanıb

Trampın "Twitter" hesabı bağlanıb
  03 Noyabr 2017    Oxunub:1448
"Twitter" mikrobloqu ABŞ prezidenti Donald Trampın hesabını bağlayıb.
AzVision.az xəbər verir ki, dövlət rəhbərinin hesabı 11 dəqiqə işləməyib.

Sosial şəbəkə yetkililəri açıqlama verərək bildiriblər ki, problem şirkət işçisinin səhvindən qaynaqlanıb. Həmin şəxsin bunu qəsdən edib-etmədiyi bəlli deyil.

"Twitter" rəsmiləri məsələnin araşdırılacağını və bir daha belə hadisələrin baş verməməsi üçün addımlar atılacağını qeyd ediblər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Tramp   Tvitter  





Xəbər lenti